Bakı. Trend:
Türkiyə Xarici İşlər Nazirliyi meşə yanğınlarında həlak olanlarla bağlı Əlcəzairə başsağlığı verib.
Trend xəbər verir ki, bu barədə TürkiyəXİN-in mətbuat xidmətindən məlumat verilib.
"Dost və qardaş Əlcəzair xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Türkiyə bu çətin günlərdə Əlcəzairə hər cür dəstəyi verməyə hazırdır", - deyə açıqlamada bildirliilr.
Qeyd edək ki, Əlcəzairdə meşə yanğınları nəticəsində 34 nəfər ölüb.