...

Özbəkistan BMT-dəki daimi nümayəndəsini dəyişib

Dünya xəbərləri Materials 5 Avqust 2023 00:28 (UTC +04:00)
Özbəkistan BMT-dəki daimi nümayəndəsini dəyişib
Алена Павленко
Алена Павленко
Bütün xəbərlər

Bakı. Trend:

Uluqbek Lapasov Özbəkistanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin edilib.

Trend xəbər verir ki, bu barədə ölkə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Daha əvvəl Özbəkistanın BMT-dəki daimi nümayəndəsi Bəxtiyor İbrahimov olub. O, 2017-ci ilin may ayından Nyu-Yorkda işləyir.

2020-ci ilin noyabrında Özbəkistan prezidentinin sərəncamı ilə Bəxtiyor İbrahimova ən yüksək diplomatik rütbə - fövqəladə və səlahiyyətli səfir vəzifəsi verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti