...

İrandakı terrora görə 10 əcnəbi saxlanıldı

Dünya xəbərləri Materials 14 Avqust 2023 20:20 (UTC +04:00)
İrandakı terrora görə 10 əcnəbi saxlanıldı

Bakı. Trend:

İranın Şiraz şəhərində şiə müsəlmanlarının ziyarətgahına hücumda şübhəli bilinən 10 əcnəbi saxlanılıb.

Trend xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilir ki, əsas şübhəli şəxs Rahmatolla Norozov adlı Tacikistan vətəndaşıdır.

Qeyd edək ki, İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində terror aktı olub. Nəticədə 4 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti