...

Termonüvə müharibəsi Koreya yarımadasına yaxınlaşır - KXDR bu ölkələri İTTİHAM ETDİ

Dünya xəbərləri Materials 22 Avqust 2023 13:37 (UTC +04:00)
Termonüvə müharibəsi Koreya yarımadasına yaxınlaşır - KXDR bu ölkələri İTTİHAM ETDİ
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Koreya bazar ertəsi başlayan illik ABŞ-Cənubi Koreya hərbi təlimlərini qınayaraq, Vaşinqton və Seulu Koreya yarımadasında termonüvə müharibəsinə təhrik etməkdə ittiham edib.

Trend xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

"Misli görünməmiş irimiqyaslı termonüvə müharibəsi hər dəqiqə Koreya yarımadasına yaxınlaşmaqdadır", - məlumatda deyilir.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları (ABŞ) və Cənubi Koreya bazar ertəsi irimiqyaslı birgə hərbi təlimlərə başlayıb. Təlimlər zamanı müttəfiqlərin çöl şəraitində 30-a yaxın birgə təliminin keçirilməsi planlaşdırılır. Təlimlər avqustun 31-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti