...

Bu ölkədə təbii fəlakət - Yüzlərlə insan təxliyə olundu, yaralananlar var

Dünya xəbərləri Materials 25 Avqust 2023 20:29 (UTC +04:00)
Bu ölkədə təbii fəlakət - Yüzlərlə insan təxliyə olundu, yaralananlar var
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada hökm sürən əlverişsiz hava şəraiti 20-yə yaxın insanın yaralanmasına, 1 000-ə yaxın şəxsin təxliyəsinə səbəb olub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Bavariya və Baden-Vürtemberq federal əyalətlərində yağan güclü yağışlar nəticəsində ən azı 18 nəfər xəsarət alıb. Onlardan beşi xəstəxanaya yerləşdirilib.

Lindau şəhərində ağaclar qırılaraq kemping düşərgəsinin üzərinə düşüb. Nəticədə biri ağır olmaqla altı nəfər xəsarət alıb. Vəziyyətin təhlükəsi ilə əlaqədar bölgədən 900 nəfər təxliyə edilib. Nördlingendə bayker festivalında daha 10 nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya çatdırılıb. Dahauda və Baden-Vürtemberq əyalətində iki nəfər ağır xəsarət alıb.

Əlverişsiz hava şəraiti qatarların hərəkətində ciddi pozuntulara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti