...

Pakistanın sabiq Baş nazirinin həbsdən buraxılmasına qərar verildi

Dünya xəbərləri Materials 29 Avqust 2023 14:20 (UTC +04:00)
Pakistanın sabiq Baş nazirinin həbsdən buraxılmasına qərar verildi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İslamabad məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xanın cəzasını ləğv edib və onun girov müqabilində həbsdən buraxılmasına qərar verib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd edək ki, daha öncə Pakistanın sabiq Baş naziri İmran Xan barəsində məhkəmə tərəfindən 3 il həbs cəzası qərarı qəbul edilib.

Xatırladaq ki, İmran Xan cari il mayın 9-da saxlanılıb. Mayın 11-də Pakistan məhkəməsi keçmiş baş nazirin barəsində 8 günlük həbs qərarı çıxarıb. Daha sonra isə 2 həftəlik azadlığa buraxılması barədə qərar çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti