...

İmran Xanın həbs müddəti uzadıldı

Dünya xəbərləri Materials 30 Avqust 2023 18:40 (UTC +04:00)
İmran Xanın həbs müddəti uzadıldı

Bakı. Trend:

Pakistanın xüsusi məhkəməsi dövlət sirlərinin yayılması işi ilə əlaqədar ölkənin keçmiş baş naziri İmran Xanın həbs müddətini sentyabrın 13-dək uzadıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İmran Xanın vəkili Salman Safdar məlumat yayıb.

İ.Xanın vəkili Salman Safdar jurnalistlərə açıqlamasında bu qərarın məntiqsiz və qanunazid olduğunu bildirib.

Xatırladaq ki, İmran Xana qarşı ümumilikdə 150-dən çox məhkəmə işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti