...

Stoltenberq səlahiyyət müddətini bir daha uzatmayacağını açıqlayıb

Dünya xəbərləri Materials 31 Avqust 2023 04:45 (UTC +04:00)
Stoltenberq səlahiyyət müddətini bir daha uzatmayacağını açıqlayıb

Bakı. Trend:

NATO-nun Baş katibi Yens Stoltenberq səlahiyyət müddətini bir daha uzatmaq fikrində olmadığını bildirib.

Trend xəbər verir ki, bu barədə o, CNN telekanalına müsahibəsi zamanı deyib.

"Bəli, bu mənim sonuncu səlahiyyət müddətimin uzadılmasıdır", - deyə Baş katib müvafiq suala cavabında bildirilib.

Qeyd edək ki, bu ilin iyulun 4-də NATO ölkələri Stoltenberqin səlahiyyətlərinin bir il - 2024-cü il oktyabrın 1-dək uzadılması barədə razılığa gəliblər. Bu qərar NATO-nun iyulun 11-12-də Vilnüsdə keçirilən sammitində ən yüksək səviyyədə təsdiq edilib.

Bu, Stoltenberqin səlahiyyət müddətinin altıncı dəfə uzadılmasıdır. NATO Baş katibinin adi səlahiyyət müddəti dörd ildir. Norveçin keçmiş baş naziri bu kürsüyə 2014-cü il oktyabrın 1-də oturub. Beləliklə, onun 10 illik səlahiyyəti alyansa 13 il - 1971-ci ildən 1984-cü ilə kimi rəhbərlik etmiş hollandiyalı Yozef Lunsdan sonra NATO-nun tarixində ən uzun müddətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti