...

Avropada qaz təqribən 3 faiz bahalaşıb

Dünya xəbərləri Materials 6 Sentyabr 2023 11:34 (UTC +04:00)
Avropada qaz təqribən 3 faiz bahalaşıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropada qazın birja qiymətləri təqribən 3 faiz bahalaşaraq, min kubmetrin qiyməti 385 dollara çatıb.

Trend "Praym" agentliyinə istinadən xəbər verir ki, "ICE" London birjasının məlumatları bunu təsdiqləyir.

TTF ("Title Transfer Facility" - Avropanın Niderlandda yerləşən ən böyük habı) indeksi üzrə oktyabr fyuçerslərinin qiyməti 385,4 dollar olub ki, bu da əvvəlki qiymətlə (374,9 dollar) müqayisədə 2,8% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti