...

İranda iki məhbus dar ağacından asılıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2023 20:33 (UTC +04:00)
İranda iki məhbus dar ağacından asılıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda iki məhbus edam edilib.

Trend bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.

İranda İnsan Haqları Təşkilatının xəbərinə görə, Şiraz və Qum şəhərlərinin mərkəzi həbsxanalarında iki məhbus dar ağacından asılıb.

Bildirilir ki, məhkumlar qəsdən adam öldürməkdə ittiham ediliblər.

Qeyd edək ki, İranda ötən ay ərzində 69 nəfərin edam hökmü icra edilib. Cari il ərzində isə 423 nəfərin edam hökmü həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti