...

Silahlı şəxslər Çilinin xarici işlər nazirinə hücum edib

Dünya xəbərləri Materials 11 Sentyabr 2023 09:58 (UTC +04:00)
Silahlı şəxslər Çilinin xarici işlər nazirinə hücum edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Çilidə silahlı naməlum şəxslər ölkənin xarici işlər naziri Albert van Klavereni soymağa cəhd ediblər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nazir sürücünün və polisin müşayiəti ilə evinə qayıdarkən baş verib.

Polis atəş açdıqdan sonra hücum edən şəxslər hadisə yerindən qaçıblar. Daha sonra onları saxlamaq mümkün olub.

Qeyd edilib ki, nazirə hücum edən şəxslərdən biri yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti