...

“Bir kəmər, bir yol” layihəsi Türkiyəsiz reallaşdırıla bilməz - Ərdoğan

Dünya xəbərləri Materials 11 Sentyabr 2023 18:08 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

“Bir kəmər, bir yol” layihəsi Türkiyəsiz reallaşdırıla bilməz.

Trend xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Çin "Bir kəmər, bir yol" layihəsi üzrə məsafə qət edib və irəliləməkdə davam edir. Məqsəd Mərmərə tunelinə çatmaqdır. Bildiyiniz kimi, Çinin atdığı bu addım qarşılığında də qət etdiyimiz məsafə var. Türkiyəsiz bu nəqliyyat dəhlizi ola bilməz. Türkiyə mühüm istehsal və ticarət bazasıdır. Şərqdən Qərbə ən əlverişli yol Türkiyədən keçməlidir", - Türkiyə prezidenti deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti