...

Türkiyə Liviyaya yardım göndərəcək

Dünya xəbərləri Materials 12 Sentyabr 2023 02:16 (UTC +04:00)
Türkiyə Liviyaya yardım göndərəcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Liviyada çoxsaylı insan tələfatları ilə nəticələnən “Daniel” qasırğasının fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə yardım göndərəcək.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, Liviyaya 150 nəfərlik axtarış-xilasetmə heyəti, çadırlar və lazımi materiallar çatdırılacaq.

Xatırladaq ki, sentyabrın 10-da Liviyanın şimal-şərqini vuran "Daniel" siklonu sahilyanı şəhərlərə güclü küləklər, leysan və tufanlar gətirib. Daşqınlar nəticəsində ölənlərin sayı 2 min nəfəri ötüb, 7 mindən çox adam itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti