Bakı. Trend:
Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında hərbi əməkdaşlıq narahatlıq doğurur.
Trend xəbər verir ki, bunu Koreya Respublikasının baş naziri Han Dok Su deyib.
"Rusiya ilə Şimali Koreyanın necə yaxınlaşdığını görürük. İki ölkə arasında hərbi əməkdaşlıq imkanına dair xəbərlər narahatlıq doğurur", - Cənubi Koreyanın baş naziri deyib.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edib. Səfər çərçivəsindəiki ölkə lideri Rusiya və Şimali Koreya arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini, regiondakı vəziyyəti, beynəlxalq məsələləri müzakirə ediblər.