...

Daha bir ölkə Rusiya avtomobillərinə qapısını bağlayır

Dünya xəbərləri Materials 15 Sentyabr 2023 13:12 (UTC +04:00)
Daha bir ölkə Rusiya avtomobillərinə qapısını bağlayır
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiyada Rusiya nömrəli avtomobillərin girişinə qadağa qoyulacaq.

Trend xəbər verir ki, bu barədə ölkənin "Yle" teleradio şirkəti məlumat yayıb.

Məlumata görə, Rusiya nömrəsi olan və on nəfərdən az sərnişin üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri artıq Finlandiya sərhədini keçə bilməyəcək. Qadağaya müəyyən istisnaların olacağı deyilir, lakin hələlik bu barədə məlumat verilməyib.

Həmçinin, qadağanın nə vaxt qüvvəyə minəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Estoniya, Latviya və Litva artıq Rusiya nömrəli avtomobillərin girişinə qadağa qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti