Bakı. Trend:
Türkiyənin Mersin vilayətində zibil daşıyan maşının pikapla toqquşması nəticəsində ağır yol qəzası baş verib.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, qəza nəticəsində iki nəfər yaralanıb, dörd nəfər həyatını itirib.
Məlumata əsasən, hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım cəlb edilib.
Yaralılar təcili tibbi yardımla xəstəxanaya aparılıb. Polis qrupları qəza yerində araşdırmalarını davam etdirir.