...

NATO Soyuq Müharibədən bəri ən böyük təlimlər keçirəcək

Dünya xəbərləri Materials 17 Sentyabr 2023 01:33 (UTC +04:00)

Bakı. Trend:

Gələn il NATO Soyuq Müharibə bitdikdən sonra 40 mindən çox hərbçinin iştirak etdiyi ən böyük hərbi təlimini keçirəcək.

Trend-in məlumatına görə, bu barədə NATO-nun hərbi komitəsinin sədri Rob Bauer deyib.

"2024-cü ildə alyans Soyuq Müharibədən bəri tarixdə “Sabit Müdafiəçi” adlı ən miqyaslı kollektiv təlim keçirəcək. Almaniya, Polşa və üç Baltikyanı ölkədə keçiriləcək bu təlimlərdə alyansın müxtəlif ölkələrindən 40 minə yaxın hərbçi iştirak edəcək", - deyə R.Bauer bildirib.

O əlavə edib ki, “NATO hərbi komandanlığının bir neçə ildir hazırlaşdığı kollektiv müdafiənin yeni dövrü başlayır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti