...

Türkiyə prezidenti BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a gedib

Dünya xəbərləri Materials 17 Sentyabr 2023 02:16 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edib.

Trend-in məlumatına görə, göyərtəsində Türkiyə dövlət başçısının olduğu təyyarə yerli vaxtla saat 14:00-da Nyu-Yorka uçub.

Səfər zamanı Türkiyə prezidentini xarici işlər naziri Hakan Fidan, maliyyə və xəzinə naziri Mehmet Şimşək, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, ticarət naziri Ömər Bolat, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki və digər rəsmi şəxslər müşayiət edir.

R.T.Ərdoğan Nyu-Yorka səfəri zamanı BMT Baş Assambleyasının 78-ci iclasında iştirak etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti