...

İsveç polisi Quranın yandırılmasında şübhəli bilinən şəxsi saxladı

Dünya xəbərləri Materials 21 Sentyabr 2023 18:57 (UTC +04:00)
İsveç polisi Quranın yandırılmasında şübhəli bilinən şəxsi saxladı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İsveç polisi Malmö şəhərində Quranın yandırılması hadisəsindən sonra baş verən aksiyalarda iştirak etməkdə şübhəli bilinən üç yeniyetməni saxlayıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, saxlanılan üç yeniyetməyə qarşı ittiham irəli sürülüb.

"Sentyabrın 3-də Malmö şəhərində baş vermiş zorakı aksiyalardan sonra asayişi kobud şəkildə pozmaqda şübhəli bilinərək, 15 yaşdan kiçik üç yeniyetmə saxlanılıb və onlara qarşı ittiham irəli sürülüb.", - İsveç polisinin məlumatında bildirilib.

Qeyd olunur ki, saxlanılanlardan biri iki yanğın törətməkdə də şübhəli bilinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti