Bakı. Trend:
Bir zamanlar Rayt qardaşlarının uçuş aparatlar işləyib hazırladıqları Ohayo çayı vadisində tezliklə ən yeni şaquli uçuş və eniş funksiyalı elektrik uçuş aparatları istehsal olunacaq.
Trend-in məlumatına görə, ştat ilə “Joby Aviation” kaliforniyalı şirkət arasındakı sazişdə 2025-ci ilə qədər Deyton beynəlxalq hava limanı bölgəsində 56 hektarlıq ərazidə aerotaksi istehsalının təşkili nəzərdə tutulub.
Futuristik şaquli qalxma və eniş funksiyalı elektrik uçuş aparatları (eVTOL) izdihamlı şəhərlərdə birgə səyahətlər üçün alternativ vasitə qismində dünya bazarlarına yol tapır.
Ohayo ştatındakı “Joby Aviation” zavodunda ildə 500 qədər səssiz uçuş aparatı istehsal olunacaq, bu da 2 minə qədər iş yeri yaratmağa imkan verəcək.
Ohayo ştatı, ştatın iqtisadi inkişafı üzrə “JobsOhio” korporasiyası və yerli investorlar layihənin dəstəklənməsinə təqribən 325 milyon dollar ayırıblar.