...

Ermənistan parlamentinin komissiyası Roma statutunun ratifikasiyasını müzakirə edəcək

Dünya xəbərləri Materials 26 Sentyabr 2023 12:32 (UTC +04:00)
Ermənistan parlamentinin komissiyası Roma statutunun ratifikasiyasını müzakirə edəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlamentinin profil komissiyası Roma statutunun ratifikasiyasını sentyabrın 28-də müzakirə edəcək.

Trend xəbər verir ki, bu barədə məlumat Ermənistan parlamentinin saytında yerləşdirilib.

Qeyd olunub ki, bundan sonra sənədin parlamentin növbəti sessiyasında müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya üçün parlamentə göndərib. Roma statutu Ermənistan parlamenti tərəfindən ratifikasiya olunacağı təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası Ermənistan hökuməti üçün məcburi xarakter daşıyacaq.

Qeyd edək ki, Haaqa tribunalı Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Roma statutu ratifikasiya olunarsa Putin Ermənistan ərazisinə səfər edə bilməyəcək. Moskva Ermənistan hökumətindən bununla bağlı açıqlama tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti