...

Pakistanda partlayış oldu - 50 nəfər öldü

Dünya xəbərləri Materials 29 Sentyabr 2023 13:00 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanda baş verən partlayış nəticəsində azı 50 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, partlayış Bəlucistan əyalətinin Mastunq şəhərində yerləşən məscidin yaxınlığında baş verib.

Polis partlayışın kamikadze tərəfindən törədildiyini ehtimal edir.

Partlayış nəticəsində xəsarət alanlar iki xəstəxanaya çatdırılıb.

Rəsmilər fövqəladə vəziyyət elan ediblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti