...

Türkiyə-Yunanıstan arasında yeni körpü tikiləcək

Dünya xəbərləri Materials 30 Sentyabr 2023 17:17 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilə Türkiyə ilə Yunanıstan arasında yeni körpünün tikintisinə başlanılacaq.

Trend xəbər verir ki, bu barədə Yunanıstan xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Kostas Franqoyannis deyib.

O bildirib ki, bu, tərəflər arasında ikinci körpü olacaq və nəqliyyatın hərəkəti üçün istifadə ediləcək:

"Bu körpü nəqliyyat və ticarət sektorlarında işimizi asanlaşdıracaq".

K.Franqoyannis bildirib ki, iki ölkə arasında münasibətlər 29 müxtəlif sahədə inkişaf edir.

Nazir müavininin sözlərinə görə, müxtəlif sahələrdə, o cümlədən turizmdə ikitərəfli əlaqələrin inkişafı üçün qarşılıqlı addımlar atılır: “İqlim böhranı və qanunsuz miqrasiya sahəsində də əməkdaşlığa ehtiyac var”.

XİN rəsmisi ikitərəfli əlaqələrin gələcəyi ilə bağlı optimist olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti