...

BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək

Dünya xəbərləri Materials 7 Oktyabr 2023 20:18 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağında pisləşən vəziyyəti müzakirə etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bununla bağlı BMT Təhlükəsizlik Şurası qapalı iclas keçirəcək.

İclas oktyabrın 8-də, yerli vaxtla saat 15:00-da Nyu-Yorkda baş tutacaq.

Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti