...

Qəzza zolağından İsrailə edilən hücumlarda 250 nəfər ölüb

Dünya xəbərləri Materials 7 Oktyabr 2023 23:53 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağından İsrailə endirilən raket zərbələri nəticəsində 250 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə İsrail mərkəzli Kanal 13 televiziyası məlumat yayıb.

Bildirilir ki, hücum nəticəsində 1100 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti