...

Londonun Luton hava limanı bağlandı - Xəsarət alanlar var

Dünya xəbərləri Materials 11 Oktyabr 2023 09:00 (UTC +04:00)
Londonun Luton hava limanı bağlandı - Xəsarət alanlar var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Londonun Luton hava limanında bütün uçuşlar ləğv edilib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, səbəb hava limanının avtomobil parkında baş verən yanğın olub. Yanğın hava limanının çoxmərtəbəli avtomobil dayanacağının sonuncu mərtəbəsində başlayıb. Hazırda yanğınla mübarizə davam edir.

Dayanacaqda baş verən yanğın bina konstruksiyasının qismən dağılmasına səbəb olub.

Fövqəladə hallar rəsmiləri bildiriblər ki, tüstüdən bir mülki şəxs və altı yanğınsöndürən yaralanıb. Uçuşların günortaya qədər təxirə salınacağı açıqanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti