...

Serbiya prezidenti Si Tsinpinlə danışıqlar aparacaq

Dünya xəbərləri Materials 13 Oktyabr 2023 01:25 (UTC +04:00)

Bakı. Trend:

Serbiya prezidenti Aleksandr Vuçiç Çinin sədri Si Tsinpin ilə görüşəcək.

Trend-in məlumatına görə, bu barədə A.Vuçiç "Prva TV" televiziya kanalının proqramında deyib.

Məlumata əsasən, Serbiya prezidenti Si Tsinpin ilə "Bir kəmər - bir yol" beynəlxalq forumu üçün Çinə səfəri zamanı görüşəcək.

"Bazar günü Çinə gedirəm, bazar ertəsi və ya çərşənbə axşamı Çinin sədri Si Cinpinlə ikitərəfli görüşüm olacaq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti