Bakı. Trend:
Polşada keçirilən parlament seçkilərində hakim "Qanun və Ədalət" partiyası 36,8 faiz səs toplayıb.
Trend-in məlumatına görə, bu barədə Polşa KİV-ləri exit-poll nəticələrinə istinadən bildirib.
Bildirilib ki, "Ipsos" beynəlxalq araşdırma şirkətinin sorğusuna əsasən, müxalif "Vətəndaş Koalisiyası" 31,6% səs toplayıb.
“Polşa 2050” və Polşa Xalq Partiyasının daxil olduğu “Üçüncü Yol” koalisiyası təxminən 13%, "Yeni Sollar" 8,6%, "Azadlıq və Müstəqillik Konfederasiyası" isə 6,2% səs toplayıb.
Qeyd olunub ki, bu cür səs bölgüsü ilə müxalifət digər siyasi qüvvələrin dəstəyini almaqla parlamentdə çoxluq əldə etmək üçün iqtidar koalisiyası yaratmağa cəhd edə bilər.