Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken İsrail Prezidenti İsxak Hersoqla görüşüb
Trend xəbər verir ki, bu barədə Blinken "X" sosial şəbəkə hesabında paylaşım edib.
"ABŞ-nin İsrail vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün lazım olan yardımı göstərəcəyini təsdiqlədim", - deyə qeyd edilib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.