...

Bayden Misir prezidenti ilə Qəzza zolağına humanitar yükün çatdırılmasını müzakirə edib

Dünya xəbərləri Materials 19 Oktyabr 2023 02:37 (UTC +04:00)
Bayden Misir prezidenti ilə Qəzza zolağına humanitar yükün çatdırılmasını müzakirə edib

Bakı. Trend:

Misir prezidenti Abdülfəttah Əl-Sisi “Rəfah” sərhəd-buraxılış məntəqəsinin Qəzza zolağına humanitar yük daşıyan 20 avtomobil üçün açılmasına razılaşıb.

Trend xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden, Misir prezidenti Abdülfəttah Əl-Sisi ilə telefon danışığından sonra jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti