...

Kanadanın xarici işlər naziri Ermənistandadır

Dünya xəbərləri Materials 25 Oktyabr 2023 14:10 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın xarici işlər naziri Melani Coli Ermənistanda səfərdədir.

Trend xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Kanadalı nazir erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

Qeyd edək ki, ötən gün Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti ölkənin xarici işlər naziri Melani Colinin Ermənistana səfər edəcəyi barədə məlumat verib.

Bildirilib ki, kanadalı nazir oktyabrın 25-dən 27-dək Ermənistanda səfərdə olacaq.

"Nazir Coli Ermənistanın paytaxtı İrəvanda olarkən xarici işlər naziri Ararat Mirzoyan, Ermənistanın Baş naziri və Ermənistan Respublikasının Prezidenti ilə Kanada və Ermənistan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi vasitələrini müzakirə edəcək. O, Kanadanın Ermənistandakı səfirliyinin açılışında iştirak edəcək", - deyə Kanada XİN bildirib.

Xəbər lenti

Xəbər lenti