...

Ərdoğan İranın xarici işlər nazirini qəbul edib (FOTO)

Dünya xəbərləri Materials 1 Noyabr 2023 16:53 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahianla görüşüb.

Trend xəbər verir ki, bu barədə Türkiyə prezidentinin rəsmi "X" hesabında məlumat paylaşılıb.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın da iştirak etdiyi deyilir.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian Türkiyədə səfərdədir. İranlı nazir bir qədər əvvəl türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Abdullahian bundan əvvəl isə Dohaya səfər edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti