Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanda Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb.
Trend TurkicWorld-ə istinadən xəbər verir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə toplantısında iştirak etmək üçün getdiyi Qazaxıstanda Qırğızıstan prezidenti Sadır Japarovla görüşüb.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının sədrliyinin Özbəkistandan Qazaxıstana keçəcəyi Sammit proqramının yekununda dövlət başçıları bir sıra qərarlarla birlikdə Astana Aktını və Astana Sammiti Bəyannaməsini imzalayacaqlar.
Sammitdən əvvəl TDT Xarici İşlər Nazirləri Şurası Sammitin gündəliyi və dövlət başçıları tərəfindən imzalanacaq sənədlər üzərində yekun işləri yerinə yetirmək üçün Astanada toplanacaq.