...

Putin prezident seçkilərində iştirakla bağlı heç bir açıqlama verməyib - Peskov

Dünya xəbərləri Materials 6 Noyabr 2023 15:05 (UTC +04:00)
Putin prezident seçkilərində iştirakla bağlı heç bir açıqlama verməyib - Peskov
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.

Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Reuters" agentliyinin Putinin 2024-cü ilin mart ayında keçiriləcək seçkilərdə iştirak edəcəyini bildirən nəşrini şərh edərkən deyib.

"Putin bununla bağlı hələ ki, heç bir açıqlama verməyib. Heç rəsmi olaraq kampaniya da hələ başlamayıb", - Kreml nümayəndəsi deyib.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkilərinin 17 mart 2024-cü il tarixində keçirilməsi planlaşdırılır. Seçkilərin tarixi barədə Federasiya Şurası bu ilin dekabrında rəsmi qərar verəcək.

Qeyd edək ki, Vladimir Putin seçkilərdə namizədliyini hələ ki elan etməyib. O bu barədə qərarını 2023-cü ilin sonunadək elan edəcəyini bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti