Bakı. Trend:
İsrail Müdafiə Qüvvələrinin əməliyyatlardan sonra da Qəzza zolağında İsrail hərbçiləri qalacaq.
Trend xəbər verir ki, bunu İsrail baş nazirinin baş məsləhətçisi Mark Reqev deyib.
Onun sözlərinə görə, İsrail bununla gələcəkdə radikal hərəkatların formalaşmasının qarşısını almaq istəyir.
"Bu bitəndə və biz HƏMAS-a qalib gələndə HƏMAS kimi terrorçu qrupların yenidən yaranmasına yol verməməliyik. Bütün bunları edib sonra yenidən ən başa dönmək mənasızdır. Burada [Qəzzada] İsrail təhlükəsizlik qüvvələrinin iştirakını təmin etmək lazım olacaq", - o deyib.
Bundan başqa, baş nazir müavini qeyd edib ki, hərbi kontingentin saxlanılması İsrailin Qəzzanı yenidən işğal etdiyi anlamına gəlmir.