...

Qazaxıstan və Çin arasında vizasız rejim qüvvəyə minib

Dünya xəbərləri Materials 10 Noyabr 2023 07:35 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Qazaxıstan və Çin arasında vizasız rejim qüvvəyə minib.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

XİN bildirir ki, Qazaxıstan ilə Çin hökumətləri arasında 2023-cü il mayın 17-də Sian şəhərində imzalanmış viza tələblərinin qarşılıqlı ləğvinə dair saziş cari il noyabrın 10-da qüvvəyə minib.

Sənəd hər iki ölkə vətəndaşlarına dövlət sərhədini keçdiyi andan 30 günündən çox olmayaraq, vizasız səfər imkanı verir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti