...

Türkmənistan İraqa qaz tədarük edəcək

Dünya xəbərləri Materials 12 Noyabr 2023 04:17 (UTC +04:00)
Türkmənistan İraqa qaz tədarük edəcək

Bakı. Trend:

Türkmənistan İraqa qaz tədarük etməyi planlaşdırır.

Trend xəbər verir ki, Türkmənistan və İraq qazın alqı-satqı müqaviləsinin əsas kommersiya şərtləri haqqında protokol imzalayıblar.

Sənədə əsasən, beş il ərzində İran vasitəsilə İraqa ildə 9 milyard kubmetr türkmən qazı (gündə təxminən 25 milyon kubmetr) nəql ediləcək.

Türkmənistan dünya bazarlarına enerji təchizatının daha da şaxələndirilməsi siyasətini davam etdirmək niyyətindədir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti