Bakı. Trend:
ABŞ HƏMAS-ın yüksək rütbəli rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib.
Trend xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu, oktyabrın 7-də İsrailin cənubuna hücumdan sonra HƏMAS-a qarşı tətbiq edilən üçüncü sanksiyadır.
Sanksiya siyahısına düşən yeni şəxslər arasında HƏMAS-ın qurucularından biri, Fələstin Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Mahmud əz-Zahar da var.