...

Çində fabrikdə yanğın oldu, 7 nəfər ölüb

Dünya xəbərləri Materials 21 Noyabr 2023 06:47 (UTC +04:00)

Bakı. Trend:

Çinin şərqində tekstil fabrikində baş verən yanğında 7 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verib.

Məlumata əsasən, hadisə bazar ertəsi axşam saatlarında Vusi şəhərində (Şərqi Tsyansu əyaləti) baş verib. Yanğın söndürülüb.

Axtarış-xilasetmə əməliyyatlarının sonunda yanğın yerində 7 nəfərin cəsədi tapılıb. Yanğının səbəbi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti