Bakı. Trend:
Belçikanın Brüssel şəhərində və Brabanta əyalətində terror aktı təhlükəsi ilə əlaqədar olaraq 27 məktəb bağlanıb.
Trend xəbər verir ki, bu barədə Valoniya və Brüssel üzrə Təhsil İdarəsi (WBE) məlumat yayıb.
Məlumata görə, ötən gün bir sıra təhsil müəssisəsi partlayış təhdidləri alıb. Ehtiyat tədbiri olaraq, müvafiq məktəblərdə noyabrın 27-dək məşğələləri və şagird qəbulunu dayandırmaq barədə qərar qəbul edilib.
Bəzi məktəb binalarının artıq sapyorlar tərəfindən yoxlanıldığı qeyd olunub.