...

İstanbulda güclü külək ölümə səbəb oldu

Dünya xəbərləri Materials 29 Noyabr 2023 20:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda hökm sürən kəskin hava şəraiti səbəbindən bir nəfər ölüb, çox sayda tikili zərər görüb.

Trend xəbər verir ki, İstanbul valiliyi şəhərdə güclü külək və leysanın son 24 saat ərzində yaratdığı fəsadlarla bağlı məlumat yayıb.

Bildirilib ki, küləyin aşırdığı elektrik dirəyinin altında qalan bir nəfər həyatını itirib.

İstanbul və Bursada dəniz səfərləri təxirə salınıb. Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb. Külək ümumilikdə 27 tikilinin dam örtüyünü uçurub, 43 ağac kökündən qopub, bir ərazidə torpaq sürüşməsi qeydə alınıb. Qabaqlayıcı tədbirlər çərçivəsində üç bina boşaldılıb.

Şəhərin Zeytinburnu sahilində “Kadriye Ana” adlı yük gəmisi quruya oturub. Gəmi heyəti təxliyə edilib.

Xəbər lenti

Xəbər lenti