...

Polşa və Baltikyanı ölkələrin XİN rəhbəri Lavrovun iştirakına görə ATƏT-in sammitini boykot edib

Dünya xəbərləri Materials 30 Noyabr 2023 15:48 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Polşa və Baltikyanı ölkələrin xarici işlər nazirləri Rusiya XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə əlaqədar olaraq ATƏT-in sammitini boykot edib.

Trend xəbər verir ki, bu barədə Polşa KİV məlumat yayıb.

Bildirilib ki, Polşanın xarici işlər naziri Şimon Şinkovski vel Senkin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası çərçivəsində görüşdə iştirakdan imtina etməsinə səbəb Rusiyanın XİN rəhbəri Sergey Lavrovun sammitdə iştirakıdır.

Bir qədər əvvəl Ukrayna və Baltikyanı ölkələrin XİN rəhbərləri də ATƏT-in Skopye sammitində iştirakdan imtina ediblər.

Qeyd edək ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu sammiti 30 noyabr-1 dekabr tarixlərində Makedoniyanın Skopye şəhərində keçirilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti