...

Dünya Bankı iqlim dəyişikliyi ilə mübarizə üçün vəsait ayıracaq

Dünya xəbərləri Materials 3 Dekabr 2023 12:29 (UTC +04:00)
Dünya Bankı iqlim dəyişikliyi ilə mübarizə üçün vəsait ayıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı iqlim dəyişikliyi ilə mübarizə layihələrinə hər il 40 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankının rəhbəri Ajay Banqa BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP28) Tərəflərin 28-ci Konfransında deyib.

Onun sözlərinə görə, bu təşəbbüs 2025-ci ildən başlayaraq həyata keçiriləcək, maliyyələşdirmə ilkin gözləntiləri 9 milyard dollar üstələyəcək.

Banqa vurğulayıb ki, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası həm iqlim dəyişikliyinin azaldılması, həm də uyğunlaşma üçün bərabər şəkildə vəsait ayıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti