Bakı. Trend:
Türkiyə İsveçin NATO-ya daxil olmasına dair müraciətin təsdiqlənməsinə cavab olaraq "F-16" qırıcılarının tədarükü ilə bağlı ABŞ-ın qarşılıqlı münasibətinə ümid edir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan deyib.
"Qoy ABŞ-dakı həmkarlarımız İsveçin NATO-ya üzvlüyünün Türkiyə Parlamentində baxılması ilə eyni vaxtda Türkiyəyə "F-16" tədarükü məsələsini Konqresdən uğurla keçirsinlər. Gəlin bu addımları eyni vaxtda edək", - deyə Türkiyə Prezidenti bildirib.
Qeyd edək ki, Türkiyə və Macarıstan istisna olmaqla, bütün NATO ölkələri artıq İsveçin Şimali Atlantika Alyansına qoşulmasını ratifikasiya edib. İsveç 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib.