...

Türkiyənin Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artıb

Dünya xəbərləri Materials 13 Dekabr 2023 17:29 (UTC +04:00)

Bakı. Trend:

2023-cü ilin noyabr ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 8 faiz artaraq, 9 milyon 942 min 855 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 7 faiz artaraq 5 milyon 982 min 369 nəfər, beynəlxalq reyslər üzrə isə 10 faiz artaraq 3 milyon 960 min 486 nəfər təşkil edib.

Bu ilin noyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 137 min 211 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 70 min 944 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 6 faiz dəyişərək, 66 min 267 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 67 min 569 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq 40 min 556, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 27 min 13 olub.

2023-cü ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 199 milyon 648 min 144 nəfər, yük dövriyyəsi isə 3 milyon 873 min 596 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti