Bakı. Trend:
Serbiya növbədənkənar parlament və bələdiyyə seçkiləri keçirilir.
Trend-in məlumatına görə, Serbiyada seçkilərdə 8 mindən çox seçki məntəqəsi vaxtla saat 07:00-da açılıb.
Seçkilərdə favorit sağ mərkəzçi Serb Tərəqqi Partiyasıətrafında yaradılmış "Aleksandr Vuçiç - Serbiya dayanmamalıdır" koalisiyasıdır.
Koalisiyanın proqramı iqtisadiyyatın daha da gücləndirilməsinə yönəlib.