Bakı. Trend:
Zambiyada iki təhlükəli yoluxucu xəstəlik – vəba və qarayara yayılıb.
Trend xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Qeyd olunub ki, bir gündə ölkədə vəbaya yoluxanların sayı 74 nəfər artıb, onlardan 70-i Lusakadadır.
Zambiya ilə eyni vaxtda Zimbabve və Mozambikdə vəba halları qeydə alınır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Afrikada 2011-ci ildən bəri vəba xəstəliyində nəzərəçarpacaq artım müşahidə olunub.
Eyni zamanda, qarayara xəstəliyi bütün qitədə aktiv şəkildə yayılır. İlin əvvəlindən Zambiyada ondan 4 nəfər ölüb, ölkədə ümumi yoluxma hallarının sayı 700 nəfər olaraq qiymətləndirilir. Qarayara Malavi, Zimbabve və Uqandada da qeydə alınıb.