...

Qazaxıstan və Özbəkistan prezidentləri Rusiyada səfərdədir

Dünya xəbərləri Materials 25 Dekabr 2023 16:31 (UTC +04:00)
Qazaxıstan və Özbəkistan prezidentləri Rusiyada səfərdədir
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan və Özbəkistan prezidentləri Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə ölkəyə səfər ediblər.

Trend xəbər verir ki, bu barədə dövlət başçılarının mətbuat xidmətləri məlumat yayıb.

Məlumata görə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Sankt-Peterburq şəhərində Avrasiya İqtisadi Şurasının iclasında və Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak edəcək.

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin isə MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edəcəyi qeyd olunub. Tədbirin gündəliyinə təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üzrə aktual məsələlər daxil olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti