...

Hakan Fidan Qırğızıstana səfər edəcək

Dünya xəbərləri Materials 8 Yanvar 2024 15:51 (UTC +04:00)
Hakan Fidan Qırğızıstana səfər edəcək

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan 9 yanvar tarixində Qırğız Respublikasının XİN rəhbəri Jeenbek Kulubayevin dəvəti ilə Qırğızıstana rəsmi səfər edəcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, görüşlər zamanı Türkiyə-Qırğızıstan ikitərəfli münasibətlərinin bütün aspektlərinin müzakirəsi, eləcə də cari regional hadisələr və beynəlxalq problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti