...

Ağ Ev Pentaqon rəhbərinin səhhətinə görə istefa verməsini istisna edib

Dünya xəbərləri Materials 8 Yanvar 2024 23:02 (UTC +04:00)
Ağ Ev Pentaqon rəhbərinin səhhətinə görə istefa verməsini istisna edib

Bakı. Trend:

Pentaqonun rəhbəri Lloyd Ostinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı vəziyyətə görə istefa göndərilməsi planşdırılmır.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.

"L.Ostinin vəzifəsində qalmasından başqa heç bir plan yoxdur", - deyə qeyd olunub.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden L.Ostinə və müdafiə nazirinin “son üç illik işində çoxsaylı böhran vəziyyətlərini idarə etmə tərzinə” hörmət edir. C.Kirbi əlavə edib ki, Pentaqonun rəhbəri xəstəxanada olarkən öz vəzifələrini icra etməyə başlayıb.

Qeyd edək ki, bundan əvvəl L.Ostin əvvəllər açıqlanmayan tibbi prosedurdan sonra xəstəxanaya yerləşdirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti